Qarabag Media
Haqqımızda Əlaqə

Jirinovski: "İstanbula nüvə bombası ataq"


Tarix:28-11-2015, 03:47 Kateqoriya:Dünya

Jirinovski: "İstanbula nüvə bombası ataq""İstanbulu məhv etmək çox asandır. Boğaza bir nüvə bombası atmaq yetərlidir". Karabakhmedia.az-ın məlumatına görə, bunu Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

Sensasison bəyanatları ilə tez-tez gündəmə gələn Jirinovski Türkiyəni nüvə raketi ilə hədələyib. "Qovorit Moskva" (Danışır Moskva) radiosuna açıqlama verən rusiyalı deputat deyib ki, bu zərbə dəhşətli daşqına səbəb olacaq. Suyun səviyyəsi 10-15 metr qalxacaq və şəhər olmayacaq. Orada 9 milyon adam yaşayır".

O, deyib ki, Türkiyənin NATO mütəffiqləri buna qarışmayacaqlar. "Onlar nüvə alovunda ölmək istəməyəcəklər".

Jirinovski hazırda Türkiyənin Rusiyanın bir nömrəli düşməni olduğunu deyib.

Deputat hesab edir ki, indi Türkiyə rəhbərliyi, baş nazir, prezident, o cümlədən baş qərargah qəzəblidirlər. "Onlar nə baş verəcəyini bilmirlər. Onların yerində mən olsaydım Türkiyəyə sarsıdıcı zərbədən qorxardım".
Ötən gün isə Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov sərhəddi pozduğu üçün vurulan "Su-24" hərbi təyyarəsinin əvəzində Türkiyəni Ayasofiya muzeyini istəmişdi. O, Türkiyənin dostyana addım ataraq Ayasofiyanı Ortodoks Kilsəsinə qaytarmasını gözlədiyini demişdi. Onun sözlərinə görə, bu addım İslam və Türkiyənin yüksək siyasi pillədəkilərin xoş niyyətini göstərə bilər.
Xatırladaq ki, bir neçə gün öncə də o, Türkiyə ilə bağlı məsələnin həll edilməli olduğunu və bunu özgə əlləri ilə etmək lazım olduğunu demişdi. "Ermənilər türklərə nifrət edirlər, əgər biz onlara qərb torpaqlarını azad etməyə icazə versək onlar bunu böyük məmnuniyyətlə edərlər".

Bir neçə gün öncə Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.

Vurulan "Su-24" də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.

Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatalar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb. O, bu hadisənin Türkiyəyə ilə əlaqələrə təsir edəcəyini deyib.

Təyyarənin vurulmasından sonra Rusiya XİN rəhbərinin Türkiyəyə bu günə planlaşdırılan səfəri təxirə salınıb. Ruslara Türkiyəyə turist səfərlərindən qaçmaq tövsiyyə edilib.

ABŞ və NATO Türkiyənin öz suverenliyini müdafiə hüququnu dəstəkləyib.
Karabakhmedia.az










SON XƏBƏRLƏR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı
Azərbaycan Prezidenti və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi
TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI
İran İstanbul sammitinə dəvət edilmədi
Mikayıl Gözəlov öldürülməsəydi...
Ayaz Mütəllibovdan deputatlığa namizəd olacağı xəbərlərinə REAKSİYA
Səudiyyə restoranlarına kişilər və qadınlar eyni qapıdan girəcək
Məşhur şahmatçı deputatlığa namizəd olacaq
Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı - AÇIQLAMA
Azərbaycanlı həkim 5,3 milyon avro mükafat aldı
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib - FOTOLAR
Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA
Elsevər Ağayev: “Şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq”
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
“Qarabağ”ın oyununa bu qədər az maraq olmamışdı
Bu gün Beynəlxalq Dağlar günüdür
Yanvarın 1-dən pensiyalar artırılacaq
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi