Qarabag Media
Haqqımızda Əlaqə

Türkləri məhv etmək üçün hazırlanan silah


Tarix:28-11-2015, 03:22 Kateqoriya:Dünya

Türkləri məhv etmək üçün hazırlanan silahAvropa mətbuatında türklərə qarşı bioloji silah hazırlanması planı barədə geniş araşdırma məqaləsi dərc olunub.

Karabakhmedia.az-ın məlumatına görə, Türkiyə qırıcıları tərəfindən Rusiyaya məxsus Su-24 bombardman təyyarəsinin vurulması barədə xəbərlərin fonunda məqalə bir çox ölkələrdə böyük maraq doğurub. Bəzi rus portalları hətta xəbəri başlığa çıxarıb.

“Historical Review” jurnalının səhifələrində yer almış məqalədə avropalılar tərəfindən hələ XVII əsrdə Osmanlı türklərinə qarşı bioloji silah hazırlanması planlarından bəhs edilir. Jurnala müsahibə verən yunan tarixçiləri Yeleni Talassinu və həmkarları bu faktı 1649-1651-cı illərə aid məktubları araşdırarakən aşkarladıqlarını bildirirlər.

Məktublardan görünür ki, Xorvatiyadan olan həkimlər taun qurbanlarının bubonlarının, yəni xəstələrinin qasığındakı limfa vəzlərinin iltihabının nəticəsində yaranmış irinlərin həll edildiyi məhlullardan istifadə etməyi məsləhət görüblər. Venetsiyaya göndərilmiş məktubda Osmanlı imperiyasına satışa göndərilən toxuculuq məhsullarına həmin məhlulun hopdurulması təklif edilib.
Məktubların göndərildiyi illərdə Osmanlı imperiyası venesiyalıların Krit adasında yerləşən Kandii qalasını mühasirəyə almışdı. Bu, tarixin ən uzun sürən mühasirəsi sayılır.
Venesiya respublikasının ali tribunalına Dalmasiya və Albaniya baş canişinindən göndərilmiş məktublarda həkim Mikelancelo Salamonun planlarından bəhs edilir. Həkim Albaniyadan Osmanlıya göndərilən fəslərə, yəni Osmanlı türklərinin geyindiyi zoğalı rəngli papaqlara taunlu məhlulun hopdurulmasını məsləhət görür. Plana görə, fəslərin doldurulduğu gəmilər mühasirədə olan Kandi qalasına, həmçinin Kritdə olan digər Osmanlı düşərgələrinə göndərilməli idi. Türk hərbçilər yaxınlaşanda gəmilər yükləri qoyaraq qaçmalı idilər.
Həmin günlərdə hesab edilirdi ki, taun insanlara yoluxmuş paltar vasitəsi ilə keçir. Müasir elmə görə isə taun siçanlarda parazitlik edən Versina pestis bakteriyaları tərəfindən yayılır. Xəstəliyin yayılması siçan - bit - insan sxemi ilə gedir.
Venesiya respublikasının ali tribunalı Mikelancelo Salamonun həmin planını bəyənib və gerçəkləşdirilməsini həkimin özünə həvalə edib. “Vəba məhlulu” hazırlanıb, amma 1649-cu ildə yay kampaniyasının sonuna kimi onu çiləmək mümkün olmayıb.
Göründüyü kimi, 465 il qabaq Venesiya respublikasının Osmanlıya qarşı hazırladığı kütləvi qırğın silahı planı uğursuz nəticələnib. Bəlkə də, “Historical Review” jurnalının məqaləsi barədə bu gün xəbər yerləşdirən rus portalları Osmanlıya qarşı bu tarixi uğursuzluqla bağlı məqalə dərc etməklə Rusiyanın Suriyaya S-400 raketi yerləşdirməsinə işarə edib. Dünən Vladimir Putin Fransa lideri Ollandla görüşü zamanı bildirib ki, həmin raketlər Suriya üzərində bütün hava məkanına nəzarət edəcək. Rus portallar isə bu silahın da tarixi “taun məlhəmi” kimi uğursuz olacağına işarə vururlar.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu
Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Kərəm Məmmədli kafedra müdiri təyin edildi
Rövşən Rzayev BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşüb
Meral Akşenerdən Elçibəy ailəsinə başsağlığı
Gestapoda sovetlərin adamı – həqiqi Ştirlits olubmu? -Məxfi sənədlər(FOTOLAR)
Azərbaycanda Qurtuluş günü qeyd olunur
Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib
Elçibəyin həyat yoldaşının dəfn ediləcəyi yer açıqlandı
Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdı - Hər ikisi öldü
Fərizənin anası vəfat edib
Qazaxıstandakı mitinqlərin səbəbi budur - Tokayev
Qarabağ əlillərinə 50 avtomobil verildi
Məmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri Avronun üzərinə vuruldu
Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
TÜRKPA-nın baş katibindən Azərbaycan haqqında önəmli bəyanat
Oqtay Əsədov: “100 nəfər oturub 78 nəfər səs verir, bu nə deməkdir?”
Çavuşoğlu: "NATO Türkiyəni müdafiə edə bilmir, ona görə Rusiyadan S-400 alırıq"
Elçibəyin həyat yoldaşı vəfat etdi
Azərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı
İdlibdə Türkiyə ordusunun mövqelərinə 34 raket atıldı –Rəsmi Ankara Rusiya və İrana səsləndi
Ermənilər "Məşədi rəqsi"ni də OĞURLADILAR – VİDEO
Rəşad Mahmudov təcili yardım həkimlərinin döyülməsindən danışdı – TƏKLİF
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi
Ermənilərin aviasiya vasitələrimizi vurmaq cəhdi uğursuz olub - VİDEO
Ermənistan Qarabağa turist cəlb edə bilmir - FAKTLAR
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir"
Ukrayna ordusu Donetskin 100 metrliyində
Doğum günün mübarək olsun, ŞƏHİD!