Qarabag Media
Haqqımızda Əlaqə

Şəhid bacısının tikinti şirkətinin özbaşnalığından Mehriban Əliyevaya şikayəti


Tarix:7-05-2019, 22:43 Kateqoriya:Cəmiyyət

Şəhid bacısının tikinti şirkətinin özbaşnalığından Mehriban Əliyevaya şikayəti

Hörmətli
Mehriban xanım Əliyeva!


Bu məktubu Sizə - ölkənin birinci xanımına yazmaq üçün əvvəlcə xeyli tərəddüd keçirdim. Bəlkə, problem düzələr deyə fərdi işimlə bağlı vaxtınızı almaq istəmirdim. Yalnız əlim hər yerdən üzüləndən sonra bütün tərəddüdlərimi bir kənara qoyub, yazmaq qərarına gəldim.

Siz hər bir ölkə vətəndsaşının probleminə diqqətlə yanaşdığınızdan inanrıam ki, mənim də məktubumu cavabsız qoymayacaqsınız.

Mən 2007-ci ildə üçotaqlı mənzil almaq üçün qabaqcadan ödəniş edərək, “Fərid-İnşaat” MMC ilə müqavilə bağlamışam. Müqavilənin şərtinə görə, bir ildən sonra mənzillə təmin edilməliydim.

Lakin tikinti şirkəti özünün müqavilədən irəli gələn öhdəliyini yerinə yetirmək əvəzinə, dələduzluqla məşğul olan bəzi adamlarla birləşərək məni aldatdı. Bu məsələ ilə bağlı 2010-cu ildən hüquq-mühafizə orqanlarına müraciət etsəm də, heç bir nəticə hasil olmadı.

Çarəsiz qalıb, 2013-cü ildən məhkəmələrə üz tutdum – Yasamal Rayon Məhkəməsi, Apellyasiya Məhkəməsi, Ali Məhkəmə, Konstitusiya Məhkəməsində oldum. Amma bu məhkəmələrdə də gördüyüm süründürməçilik, qanunsuzluq, özbaşınalıq, ədalətsizlik oldu.

Haqlı olduğum halda Ali Məhkəmədəki bəzi hakimlər heç bir sübuta əsaslanmadan, qanuni qüvvəyə minmiş qərarlara istinad etmədən, ancaq Həsənov Fərid İzafət oğlu və Məmmədov Natiq Sədrəddin oğlu kimi saxtakar vəkillərin məntiqi izahını əsas tutaraq hüquqlarımı pozdular.

Mənə deyirlər ki, Avropa məhkəməsinə müraciət edim. Amma mən bu addımı öz vətəndaşlıq qüruruma sığışdırmadığımdan Sizə üz tuturam. İndi göydə Allah, yerdə Sizdən başqa mənim üçün heç bir ali instansiya yoxdur.

Bir ana kimi öz kömək əlinizi mənə uzadacağınıza ümidliyəm. İnanıram ki, yegabə qardaşı könlüllü olaraq Qarabağ cəbhəsinə gedən və iyirmi yeddi yaşında qəhrəmancasına şəhid olan bir bacının evsiz-eşiksiz qalmasına, küçələrə düşməsinə yol verməyəcəksiniz.

Dərin hörmətlə
Baxşalıyeva Şəhla Müzəffər qızı
5.05. 2019
050-6325007

Karabakhmedia.az

___________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”