Qarabag Media
Haqqımızda Əlaqə

Sevdiyimiz Hz. Mövlananın gerçək üzü...


Tarix:16-04-2019, 16:47 Kateqoriya:Cəmiyyət

YA GÖRÜNDÜYÜN KİMİ OL, YA OLDUĞUN KİMİ GÖRÜN OL!

Sevdiyimiz Hz. Mövlananın gerçək üzü...

Türk- İslam aləmində təsəvvüfün ən öndə gələn isimlərindən birisi Mövlana Cəlaləddin (Məhəmməd ibn Bəhaəddin Məhəmməd əl Bəlxi )dir. Əsl adı Muhamməd Cəlâləddin olmasına baxmayaraq ona “Mövlana “ deyilirdi. “Mövlana” ərəbcədən alınma sözdür və anlamı “əfəndimiz”, “sahibimiz” deməkdir. Ona bu adı sevənləri duyduqları dərin sevginədən və sayqıdan dolayı vermişlərdir.

Məlum qaynaqlara göre Mövlana Hicri. 604/Miladi. 1207-ci ildə 30 eylüldə- sentyabr əski Türk mədəniyyətinin və kültürünün mərkəzlərindən biri olan və bu gün Əfqənistan aid olan Bəlx şəhərində dünyaya gəlmişdir.Günümüzdə hələ də Əfqanistanda minlərcə ildir Türklər varlığını sürdürməkdədir. (1) Bəzi araşdırmacılar elə hesab edir ki, daha ərkən tarixdə doğmuşdur. Türk soyundan olduğuda bilinən bir gərçəkdir. Sizə daha dəqiq deyə bilərik ki, Xarəzm Türklərindəndir.(2). Həyat yolunu, yaşamını üç kəlmə ilə “ xamdım,bişdim,yandım” sözləri ilə özətləyən,ifadə edən Mövlana Cəlaləddin 17 aralık- dekabr, 1273-cü ildə bazar günü Haqqın rəhmətinə qovuşmuşdur.(3)

Mövlana ümumilikdə Türk ədəbiyyatı və Şərq ədəbiyyatı tarixində üç dildə (Türk, Fars, Ərəb) şеir yazmağı bacaran ən məşhur Türkdilli şair və düşünürlərindəndir.(4). Onun əsərlərinə diqqət yetirdiyimizdə , ərəb, fars(Attar ve Təbrizli Şəms) və Türk kültüründən (Orta Asya Türk topluluqlarının Gök-Tanrı inancı) təsirləndiyini söyləyə bilərik.(Ablay,1988:147) (5).

Öncədən də qeyd etdiyimiz kimi Mövlana Cəlaləddin Türk- İslam aləminin ən görkəmli düşünürlərindəndir və xüsusi ilə Anadolu Türk insanı ona böyük sevgi, sayqı bəsləmiş və düşüncələrini mə nimsəmişdir. Aradan təxminən 700 ildən çox bir zaman keçməsinə rağmən onun düşüncələri hələ də, Türk xalqının ilgi və sevgisini cəlb etməyə davam etmekdədir. (6). Mövlana’nın sevgi ve eşq fəlsəfəsi, yaşadığı gündən bu günə, yalnız Türk millətinin deyil, çeşitli- müxtəlif din və kültürdən olan bütün dünya insanlarının diqqətİini cəlb edir və marağına səbəb olur. Əslən Azərbaycan Türkü olan araşdırmacı- yazar görkəmli Türkoloq, İrene Melikoff bu haqda demişdir: “Mövlananın əsərlərini dünya millətləri öz dillərinə çevirip oxusalar, dünyada kötülük- pislik, hərb, kin, nifrət deyə bir şey qalmaz” (Yeniterzi, 1997:109). (7).

Soydaşımız olan Türkoloqun sözləri həqiqətən doğrudur. Mən də şəxsən düşünürəm ki , MÖVLANANIN fəlsəfəsi və dünya görüşü ,müasir dünyamızdakı var olan və tədavisi bilinməyən mənəvi xəstəlikləri müalicə edə biləcək təsirə malikdir.

Məlumdur ki, Muhamməd Celâleddin Rumi dünya görüşü, fəlsəfəsi və düşüncə tərzi ilə illərdir insanların ruhuna xitab edir və mənəviyyatını doyurur. Əslində xoşgörünün və sevginin təmsilcisi olan Mövlananın dünya görüşü və fəlsəfəsinə dair başqa bir xüsusi araşdırma məqaləmiz olacaqdır.Bu məqaləmizin mövzusu bir az fərqlidir. Hər birimiz əsərlərinə ,düşüncəsinə önəm verdiyimiz və günümüzdən yüzillər öncə yaşamış şairlərin,ədiblərin əsərlərini oxuyunca onların təsvir edildiyi rəsmlər gözümüzdə canlanır. Məsələn Nizami Gəncəvi , Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, İmaddədin Nəsimi,Yunus Emrə deyincə həmən gözümüzdə onlara aid olduğu rəvayət edilən dərgilərdə,kitablarda, dərsliklərdə hətta internet aləmində yayılmış olan təmsili fotolara canlanır. Mövlana Cəlaləddin deyincə də ağlımıza gözümüzün aşina olduğu o məşhur və onu əks etdirdiyi deyilən təsvir gəlir. Bu həqiqətənmi Mövlananın təsviridir?

Sevdiyimiz Hz. Mövlananın gerçək üzü... Məhz bu yazımızın da mövzusu əsasən budur.

Sizə doğrusunu söyləyəcəyəm, mən Mövlana Cəlaləddinin dünya görüşünü , düşüncə tərzini sevən və önəmsəyən , əsərlərini oxumağa və anlamağa çalışan birisiyəm. Ama heç bir zaman bu məlum təsvirin ona aid olduğunu qəbul etmirəm. Çünki əsərlərində təvəzökarlığı,nəfsin tərbiyəsini və açgöz olmamağı tövsiyyə edən birisinin kök, kilolu və yuxlu bir şəkildə təsviri heç də inandırıcı olmaz. Daha doğrusu yayqın və məlum rəsmin onu əks etdirmədiyi fikrini düşünməyimin ilk səbəbi onun vəsiətnaməsini oxumağım oldu.Vəsiətnaməsində Mövlana Cəlalləddin buyurur :” Sizə, gizli və açıqda Allahdan (c.c) qorxmağı, az yeməyi, az yatmağı, az danışmağı, günahlardan çəkinməyi, oruç tutmağı və namaz qılmağı davam etməyi, daima şəhvətdən qaçınmanızı , bütün yaratıqlardan gələn cəfaya təhamüllü olmağı, avam ve cahillərlə oturmamağı , kərəm sahibi olan salih kimsələrlə bərabər olmağınızı vəsiyyət edirəm. İnsanların xeyirlisi, insanlara faydası olandır. Sözün xeyirlisi də az və öz olanıdır. Həmd yalnız tək olan Allah'a məxsusdur. Tövhid əhlinə salam olsun." (8)

Sonradan düşüncəmin doğru olduğunu anladım. Belə ki, Mövlananın 22-inci quşaq (kuşak) nəvəsi ve “Çelebi” məqamının son təmsilçisi Faruk Hemdem Çelebi Mövlânâ deyincə ağla gələn rəsmin gərçəkliklə əlaqəsinin olmadığı fikrini təsdiq etdi. Bu haqda Faruk Hemdem Çelebinin çox önemli fikirləri var.

Mövlana'ya ətfedilən, öncədəndə qeyd etdiyimiz məlum təsvir ,Mövlânânı oturmuş şəkilde göstərən rəsim, Çələbi ailəsi və Mövlânâ araşdırmacıları tərəfindən qəbul edilmir. Nəvəsi Faruk Hemdem Çelebi, felsefesində her zaman nəfsin tərbiyə edilməsini, hər şeyin bir qanun-qayda (disiplin) çərcivəsində olmasını məsləhət bilən Mövlânânın belə kilolu –kök bir şəxs (zat) olamayacağını iddia edir. Mövlânâya aid olduğu düşünülən və yayqın olaraq istifadə edilən məlum rəsmin İran’da, 1960-cı illərdə bir yarışmada birincilik qazandığı bilinir. Sonradan Cəlaləddinin oturmuş bir şəkildə və çox kök bir halda təsvir edildiyi bu rəsim, Konya Mövlânâ Müzeyine hədiyyə edilincə müxtəlif tədbirlərdə də istifadə edilməyə başlandı.

Sevdiyimiz Hz. Mövlananın gerçək üzü... (İranda yarışmada birinci olan məlum rəsim)
Selçuk Üniversitetinin Mövlânâ Araştırmaları İnistutunun müdürü Doç. Dr. Ali Temizel, Türkiyədə və dünyada yaygın şəkildə istifadə edilən rəsmin İran’da bir rəssam tərəfindən çəkildiyi fikrini doğruladı və : “İranlı (fars) gözü ile rəsm edilmişdir. Həyata keçirilən araşdırmalar və qaynaqlar Mövlânâ’nın Doğu-Şərq Türklərindən olduğunu gösterir. Bu səbəblə də daha kök-kilolu deyil arıq (zayıf) olduğunu, gözlərinin o rəsimdəki kimi yuvarlaq deyil də, daha çəkik olduğunu düşünürük. Əldə başqa rəsim olmadığı üçün bu rəsim qəbul görmüşdür. Əslındə bir rəsimdən ziyadə onu təmsil eden bir simgəyə dönüşmüşdür” dedİ.

Hal bu olunca belə bir sual meydana çıxır “Mövlânânın sağlığında rəsmi çəkilmişdir mi?” . Bu sual hələ də bəlirsizliyini –bilinməzliyini qoruyarkən, Əflaki Əhməd Dədəyə aid “Menakıb’ül Arifin” adlı farsça əsərdə Mövlânâ, ortanın biraz üstündə boyu olan, çok arıq -zayıf, həfif çəkik gözlü və soluq bənizli biri olaraq təsvir edilirdi. Ayrıca Onun Mövlânâ Müzeyində sərgilənən hırkasına (üst geyimi) diqqət yetirdiyimizdə, boyunun 1.80 civarında olacağı təxmin edilir. Hz. Mövlânâ’nın daha sonrakı yüzillərdə də müxtəlif rəsim və minyatürləri düzəldilmiş olsa da heç biri bir diyərinə bənzəmir.
Amma Mövlananın ailəsi tərəfindən qəbul edilən bir rəsim vardır. Faruk Çelebi (nəvəsi)özünün dünyaya gəlməsindən illər öncə, 1942 –ci ildə görülən bir yuxu üzərinə çəkilən və ona çox bənzəyən Mövlânâ rəsminin ailə tərəfindən daha çox qəbul gördüyünü qeyd etdi. Çelebi, resmin hekâyəsini belə anlatdı: “Hər il Şeb-i Arus törənlərində (Mövlananın vəfatini il dönümündə) qarşılaşdığım Fahir Erkey adında bir psixoloq vardı. Atam 1996-cı ildə vəfat etdikdən sonra məni təkidlə evinə dəvət etdi. Evinə getdiyimdə duvardakı rəsimlə məni qarşılaşdırıb, “SubhanAllah... Nə qədər böyük bir bənzərlik” dedi. Rəsmin 1942 -ci ildə çəkildiyini bildirdi, təsəvvüfə aid bir dərnəklərinin olduğunu, bu dərnəyin üzvü 2 nəfərin eyni gecədə Hz. Mövlânânı yuxuda gördüyünü anlatdı. Bu şəxslər bir rəssama yuxularında gördükləri Mövlânânı üz cizgilərindən bəhs etmişlər. İkisinin də ayrı ayrı söylədikləri təsvirə əsasən çəkilən bu resim ortaya çıxmışdır.1942-ci ildən yəni mən dünyaya gəlməmişdən illər önce çizilmiş bir rəsimdir. Men də baxdığımda özümə bənzədirəm.” Dəyərli oxuyucular, Faruk Çələbinin bəhs etdiyi Mövlana rəsmini sizlərlə paylaşıram .


Sevdiyimiz Hz. Mövlananın gerçək üzü...(1942-ci ildə çəkilmişdir) Bundan əlavə dünyada tanınmış şəxslərin balmumu heykəllərini sərgiləməsi ilə bilinən ünlü Madame Tussauds Müzesyinin 21-inci mərkəzi İstanbulda açmışdır. Bu muzeyin yetkililləri Mövlananın 22. quşaqdan nəvələri Esin Çelebi Bayru ve Faruk Hemdem Çelebi ilə əlaqə saxlamışlar. Onlardan əldə etdikləri bilgilər və akademik qaynaqların işığında onlar da Mövlânın simvolu olmuş o məlum rəsmin gerçəyi yansıtmadığı qərarına gəlmişlərdir. Beləliklə Madame Tussauds müzeyinin İstanbul Genel Müdürü Sarper Hilmi Suner, Mövlananın balmumu heykəlini sərgiləmək istədiklərini ailəyə bildirmişlər. Konyanı ziyaret edərək dönəmin şərtlərini və atmosferi ilə əlaqədər məlumat edinən müzeyin yetkililəri ailenin də onayı ilə nəvəsi Faruk Hemdem Çelebi’nin model olmasına qərar verdilər.
Sevdiyimiz Hz. Mövlananın gerçək üzü... (Faruk Hemdem Çelebi.)
Ailə ilə ortaq qərar əsasən “niyaz anındakı Mövlana “pozun heykələ dönüşdürülməsi üçün Çelebi’dən 3 saatı aşan bir seansda, 250 dən fazla bədən ölçüsü alındı, 180 dən çox foto çəkildi, 3 boyutlu vücud taraması-incələnməsi gərçəkləşdirildi. Heykəltaraşlar, önce gilden bir büst hazırladı.

Sevdiyimiz Hz. Mövlananın gerçək üzü...

Sonrasında da çalışmanın qəlibi çıxardılaraq içinə balmumu töküldü və 12 həftə sürən rəngləndirmə, saç, göz, saqqal detayları üzərində çalışıldı. Her aşamada ailədən onay alındı. Araşdırma daxil bu çalışma 6 ay sürdü.Beləliklə “Niyaz halında Mövlana “ heykəli ərsəyə çıxdı,oluşduruldu.(9)
Sevdiyimiz Hz. Mövlananın gerçək üzü...

Mövlanə Cəlaləddin-i Ruminin balmumu heykəli.

P.S. Hər zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!

AYNUR TALIBLI,
TARİH VE MEDENİYET ARAŞTIRMACISI,
İSTANBUL, 2018


İstifadə edilən mənbələr:
1. MEVLANA VE FELSEFESİ Prof. Dr. İbrahim Agah ÇUBUKÇU ,
“Mevlana Celaleddin Rumi şiirleri.” Yayın tarihi :9.4.2004. Yayınlayan: Antoloji.Com Kültür Ve Sanat.
2.” MƏNƏVİYYAT MƏSNƏVİLƏRİ 1.” Kitabı. Dini fəlsəfə Azerbaycan ,çap ili :2007.
3. “Mevlana Celaleddin Rumi şiirleri.” Yayın tarihi :9.4.2004. Yayınlayan: Antoloji.Com Kültür Ve Sanat.
4. “2. Kaynakla aynıdır.”
5. Ablay, M. Necati. “Mevlana ve Goethe Panteizmin İki Büyük Temsilcisi”, I. Milletlerarası Mevlana Kongresi Tebliğleri, Konya, Selçuk Üniversitesi Yayınları, 1988,147
6. “MEVLANA’NIN AŞK VE İNSAN FELSEFESİ “ Doç. Dr. İbrahim Arslanoğlu G.Ü. Gazi Eğitim Fakültesi Öğretim Üyesi.
7. Yeniterzi, Emine. Mevlana Celalettin Rumi, Ankara, Türkiye Diyanet Vakfı Yayınları, 1997.
8. Mevlana”nın Vasiyeti ( Eflaki, cilt.II,sayfa .8.)
“Mevlana'nın 'vasiyeti' insanlığa yol gösteriyor” isimli makale, Anadolu Ajansı. 15.12.2017. Konya
9. “Mevlana'nın torunu: Akıllardaki Mevlana resmi gerçek değil” Serkan AKKOÇ/GAZETE HABERTÜRK. YAYIN TARİHİ: 22.06.2016 - 07:07 .

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu
Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Kərəm Məmmədli kafedra müdiri təyin edildi
Rövşən Rzayev BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşüb
Meral Akşenerdən Elçibəy ailəsinə başsağlığı
Gestapoda sovetlərin adamı – həqiqi Ştirlits olubmu? -Məxfi sənədlər(FOTOLAR)
Azərbaycanda Qurtuluş günü qeyd olunur
Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib
Elçibəyin həyat yoldaşının dəfn ediləcəyi yer açıqlandı
Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdı - Hər ikisi öldü
Fərizənin anası vəfat edib
Qazaxıstandakı mitinqlərin səbəbi budur - Tokayev
Qarabağ əlillərinə 50 avtomobil verildi
Məmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri Avronun üzərinə vuruldu
Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
TÜRKPA-nın baş katibindən Azərbaycan haqqında önəmli bəyanat
Oqtay Əsədov: “100 nəfər oturub 78 nəfər səs verir, bu nə deməkdir?”
Çavuşoğlu: "NATO Türkiyəni müdafiə edə bilmir, ona görə Rusiyadan S-400 alırıq"
Elçibəyin həyat yoldaşı vəfat etdi
Azərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı
İdlibdə Türkiyə ordusunun mövqelərinə 34 raket atıldı –Rəsmi Ankara Rusiya və İrana səsləndi
Ermənilər "Məşədi rəqsi"ni də OĞURLADILAR – VİDEO
Rəşad Mahmudov təcili yardım həkimlərinin döyülməsindən danışdı – TƏKLİF
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi
Ermənilərin aviasiya vasitələrimizi vurmaq cəhdi uğursuz olub - VİDEO
Ermənistan Qarabağa turist cəlb edə bilmir - FAKTLAR
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir"
Ukrayna ordusu Donetskin 100 metrliyində
Doğum günün mübarək olsun, ŞƏHİD!